Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.
FHN mətbuat xidmətinin məlumatına görə, İmişli rayonunun Qaralar və Göygöl rayonunun Üçtəpə kəndləri ərazisində qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib.
Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən müvafiq olaraq İmişli və Göygöl Rayon İcra hakimiyyətləri nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikililər sökülüb.
P.ƏMİRCANOV
XQ