RU

Bu il Bakıda yeni məktəbimiz açılacaq – Türkiyə Maarif Vəqfinin sədri ilə MÜSAHİBƏ

Türkiyə Maarif Vəqfi İdarə Heyətinin sədri Prof. Dr. Birol Akgün Modern.az saytının redaksiyasında qonaq olub.

O, Türkiyə təhsili, Maarif Vəqfi barədə suallarımızı cavablandırıb.

Birol Akgünlə söhbəti təqdim edirik:– Birol bəy, redaksiyamıza xoş gəlmisiniz. Maarif Vəqfinin neçə ölkədə məktəbləri var? Perspektivdə hansı ölkələrdə məktəb açılacaq? Dünya  üzrə neçə məktəbliyə dərs verirsiniz?

– Xoş gördük. Türkiyə Maarif Vəqfi qanuni bir quruluşdur. 2016-ci ildə yaradılb. Bizim əsas vəzifəmiz Türkiyə adına xaricdə məktəblər açmaqdır. Hazırda dünyanın 52 ölkəsində 440 məktəbimiz var. Təxminən 53 min şagirdə dərs keçirik.

– Azərbaycanla Türkiyə arasında təhsil sahəsində yaxşı əlaqələr var. Daha hansı işlərin görülməsinə ehtiyac duyulur?
– Türkiyə və Azərbaycan bir millət iki dövlətdir. Qarabağ Zəfərindən sonra iki dövlət arasındakı əlaqələr daha da güclənib möhkənləndi. İndi həm rəsmi, həm də qeyri-hökumət təşkilatları səviyyəsində möhkəm əlaqələr formalaşıb. Bu çox gözəl hadisədir. Biz bu münasibətlərin təhsil tərəfini təmsil edirik. İki il əvvəl Bakıda Türkiyə Maarif Vəqfinin bir məktəbini açdıq. Nəsimi rayonunda. 300-ə yaxın şagirdimiz var. İndi yeni dönəmdə “Gənclik”də çox çözəl bir bina almışıq. Kiçik təmir işlərimiz qalır. İnşallah, yeni tədriz ilində beynəlxalq təhsil proqramı ilə bu məktəbimizin də açılışını edəcəyik. Təhsil sahəsində yeni dönəm başlayacaq. Türkiyə Ali Təhsil Qurumu (YÖK) ilə Azərbaycan Elm və Təhsil Nazirliyi arasında imzalanan anlaşmaya əsasən, Türkiyə-Azərbaycan Universitetinin yaradılması həyata keçirlir. Bu il həmin universitetin də tələbə qəbul edəcəyini eşitdik, çox məmnun olduq. Ümid edirəm ki, bütün bunlar qardaşlıq münasibətlərimizi daha da inkişaf etdirəcək.
– Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Qarabağda təhsillə bağlı müəyyən layihələri var. Türkiyənin də mövqeyi bizim üçün maraqlıdır. Vəqf olaraq orada hansısa bir məktəb, bağça açmaq  fikriniz varmı?

– Qarabağ Zəfərindən 40 gün sonra “Şuşa bəyannaməsi” imzalandığı bir vaxda buraya gəlmişdik. Azad Qarabağda məktəb açmaq istəyimizi bildirmişdik. Lakin bunun üçün təbii ki, əvvəlcə təhlükəsizliyin təmin olunması, vətəndaşların geri qayıtması lazım idi. Azərbaycan Elm  və Təhsil Nazirliyi tərəfindən harada məktəb tikilə biləcəyi göstərilməlidir. Bu şərtlər daxilində biz Qarabağda məktəb açmağa hazırdır.
– Maarif Vəqfi bir az da dini dəyərləri önə çəkən qurum kimi tanınır. Dinlə təhsilin bir yerdə olması hansısa problem yaratmaz ki?

– Siz yanlış düşünürsünüz. Biz dini dəyərləri təmsil edən Vəqf deyilik. Əksinə, biz Türkiyə Cümhuriyyəti dövlətinin Vəqfiyik. Bu baxımdan təhsilimizin dini tərəfi yoxdur. Azərbaycanın təhsil sisteminə uyğun hərəkət edirik. Təbii ki, Azərbaycan və Türkiyə müsəlman ölkələrdir. Bundan da qürur duyururq. Lakin təhsilimiz modern və dünyəvidir.
– Azərbaycanla birgə hansı işlərin görülməsi zərurətə çevrilir?

– Biz Türkiyə ilə Azərbaycan münasibətlərinin gəldiyi nöqtədən məmnunuq. Hər gün qarşılıqlı olaraq nazirlik səviyyəsində, yaxud bizim kimi qurumlar səviyyəsində görüşlər baş tutur. İqtisadiyyat, kapital yatırımı, təhsil, səhiyyə sahəsi müzakirə olunur.  Bizim üçün əsas məsələ bütün bunların davamlı olmasıdır. Hər bir dövlət qurumunun bu işlərə xoş niyyətlə dəstək olması lazımdır. Mən əlaqələrin daha da yaxşı olacağına inanıram. Çünki xalq buna inanır. Ən kiçik şübhə yoxdur.
– Türk dünyası ilə bağlı layihələriniz varmı?

– Türk dünyası bizim önəm verdiyimiz coğrafi məkandır. Azərbaycanda və Qırğızıstanda məktəblərimiz var. Qazaxıstan və Özbəkistanda da məktəblər açmaq üçün müəyyən məsafə qət etmişik. Amma hələ işlərə  başlamamışıq. İstəyirik ki, TDT içərisindəki bütün təhsil aktorları bizim kimi bir-birinə kömək etsinlər. Təhsil anlayışı mövzusunda layihələr hazırlasınlar. Biz bütün bunların hamısını dəstəkləyirik. Türk Dövlətləri Təşkilatının quruluş bəyannaməsində də təhsil sahəsində Türkiyə Maarif Vəqfinin TDT tərəfindən  dəstəklənməsi istiqamətində özəl maddə var. Biz bütün ölkələrlə təmas qurmağa çalışırıq.


– Türk dünyası üzrə şagird və tələbə mübadiləsi üçün hansı işlər nəzərdə tutulur?

– Maarif Vəqfi olaraq bizim belə səlahiyyətimiz yoxdur. Amma YÖK nəzdində “Orhun” proqramı, yəni universitet səviyyəsində tələbə və müəllim mübadiləsi mövzusunu gündəmə gətirən layihə var. Ümid edirəım ki, bu, TDT nəzdində də olacaq.
– Şagirdlər niyə Maarif Vəqfinin məktəblərini seçməlidirlər?
– Hazırda dünyanın 52 ölkəsində fəaliyyət göstəririk. Beynəlxalq dilləri öyrədirik. Tükrçəmizi, Azərbaycan dilini  öyrədirik. Bu məktəblərdən məzun olan şagirdlər Türkiyədəki dövlət universitetlərini qazansalar, ödənişsiz oxumaq imkanına malik olacaqlar.  Bunlar böyük üstünlükdür.

Избранный
128
3
moderator.az

10Источники