RU

Gəmi yanğınında tüstüdən təsirlənən personal həyatını itirdi

Şəxsi tərsanədə sahilə bağlanan gəmidə çıxan yanğında tüstüdən zəhərlənən 4 ekipaj üzvündən biri Mustafa Altuntaşı (41 yaş ) xilas etmək mümkün olmayıb. 

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin Kocaeli ərazisində baş verib. 

Yanğın yerli saatla 12:00 radələrində baş verib. 

Belə ki, sahildə lövbər salan və son sınaqlarından keçən gəmidən tüstünün qalxdığını görənlər yanğınsöndürənlərə xəbər verib. 

Hadisə yerinə yanğınsöndürmə briqadası, polis və təcili tibbi yardım qrupları göndərilib. Qruplar alova müdaxilə edərək söndürüb.  

Tüstüdən təsirlənən 4 gəmi işçisi təcili yardımla ətrafdakı xəstəxanalara aparılıb. Kocaeli Şəhər Xəstəxanasına çatdırılan və vəziyyəti ağır olan gəmi işçisi Mustafa Altuntaş bu gün səhər saatlarında dünyasını dəyişib.  

3 nəfərin müalicə aldığı, 1 nəfərin vəziyyətinin ağır olduğu bildirilib. 

Oksana 
Избранный
136
3
azxeber.com

10Источники