“Fənərbaxça”nın PSJ-nin futbolçusu Qonçalo Ramosla razılaşması ilə bağlı iddialar yayılıb.
Moderator.az “Fanatik”ə istinadən xəbər verir ki, İstanbul təmsilçisinin futbolçunu icarə əsasında heyətinə qatacağı bildirilib.
Bu, “Fənərbaxça”nın baş məşqçisi Mourinyonun yeni mövsümdə reallaşdıracağı ilk transfer olacaq.
Qeyd edək ki, PSJ 22 yaşlı futbolçunu “Benfika”dan 65 milyon avroya transfer etmişdi.