RU

Paşinyan fəlakət zonasında vətəndaşa gülməli sual verdi - VİDEO

Ermənistanın baş naziri bir neçə gün öncə sel sularının dağıtdığı Alaverdi bölgəsinə, fəlakət zonasına səfər edib. Yerli media ölkə rəhbərinin gec də olsa, nəhayət ki, problemlə yerində maraqlanmasını tənqid edir.

"Mamul" nəşri isə Paşinyanın yerli sakinlərlə gülməli dialoquna diqqət ayırıb. Məqalə müəllifi yazıb ki, baş nazir təbi fəlakətdən əziyyət çəkən vətəndaşlara yersiz suallar verməsi ilə diqqət çəkib: "Məsələn, o ərazidə gəzinti zamanı bir qadına yaxınlaşaraq "Seldən qorxursan? Zərər çəkmisənmi?" soruşur. Kadrlarda Alaverdi sakini  “Bir az qorxduq. Biz yuxarıda yaşayırıq, evimiz sel suları ilə dolmadı” deyir". 

Digər saytlar da, "seldən qorxmayan adam yoxdur cənab baş nazir" kimi başlıqlarla bu videonu dərc ediblər.

Tural


Избранный
70
50
news365.az

10Источники