Amerika Birləşmiş Ştatlar qoşunlarını Nigerdən çıxarmağa başlayıb.
Publika.az xəbər verir ki, bu barədə Nigerin Quru Qoşunlarının qərargah rəisi, polkovnik Mamane Sani Kiau məlumat verib.
Onun sözlərinə görə, ABŞ-ın 269 hərbi qulluqçu və 946 ton hərbi texnikası ölkədən çıxarılıb.
Kontingent cari ilin sentyabrın 15-dək Nigerdən çıxmalıdır.
ABŞ və Niger hərbi idarələrinin birgə bəyanatında isə deyilir ki, Amerika Hərbi Hava Qüvvələrinə məxsus “C-17 Globemaster III” təyyarəsi 7 iyunda Niamey 101 aviabazasından yola düşüb.