Günəşdə "M" sinifli partlayışlar qeydə alınıb. Bu partlayışlar nəticəsində başlayan radiasiya fırtınası radio rabitəsində və naviqasiyada problemlərə səbəb ola bilər.
Alimlər qeyd edirlər ki, may ayında Günəş fəaliyyəti son 16 ilin ən yüksək səviyyəsinə çatıb. Bu dövrdə Günəşdə baş verən partlayışların sayı və intensivliyi əhəmiyyətli dərəcədə artıb.
Radiasiya fırtınaları Yerdəki həyata birbaşa təsir göstərməsə də, peyklər, radio rabitəsi və naviqasiya sistemləri üçün problemlər yarada bilər. Mütəxəssislər bu sahələrdə çalışanları ehtiyatlı olmağa və mümkün nasazlıqlara hazır olmağa çağırırlar.
Qeyd edək ki, Günəş 11 illik tsikllər ərzində fəaliyyətini dəyişir. Hazırda fəaliyyətin pik dövrü yaşanır və növbəti illərdə tədricən azalacağı gözlənilir. Lakin alimlər Günəşi müşahidə etməyə və onun Yerə təsirlərini öyrənməyə davam edirlər.
Mənbə: "Lenta dnya" "Telegram" kanalı