Lerik rayon sakini ağacdan meyvə yığarkən yıxılıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə axşam saatlarında Lerik şəhəri ərazisində baş verib.
Belə ki, 1980-ci il təvəllüdlü Razi Şirvan oğlu Ramazanov albalı ağacından yerə yıxılıb.
Ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan R. Ramazanova həkimlər kəllə beyin travması, hər iki qolun mil sümüyünün tipik yerdəyişən sınığı, çənə sınığı, hər iki gözün hematomiyası diaqnozu qoyublar.
Onun müalicəsi reansimasiya şöbəsində davam etdirilir.
Surxay Şahbazov