RU

Dodon: Sandunun addımları Moldovanı müharibəyə aparır

Moldova Prezidenti Maya Sandunun addımları ölkəni müharibəyə aparır.

APA xəbər verir ki, bunu ölkənin keçmiş prezidenti, Sosialistlər Partiyasının lideri İqor Dodon “TASS”-a müsahibəsində bildirib.

“O, Müdafiə Nazirliyinin büdcəsini dörd dəfə artırıb. Radarlar, silahlar alır. Ehtiyatda olanları hərbi komissarlığa fəal şəkildə çağırır”, - Dodon Sandu haqqında deyib.

Onun sözlərinə görə, bütün bu elementlər göstərir ki, Sandu və onun kuratorlarının “Moldovanı müharibəyə hazırlayır”.

Избранный
262
4
apa.az

5Источники