RU

Almaniyada daşqınların vurduğu zərərin sığorta dəyəri 2 milyard avrodur

Almaniyada daşqınların vurduğu zərərin sığorta dəyəri 2 milyard avrodur

Sığorta şirkətləri Almaniyanın cənubundakı daşqınların ən azı 2 milyard avro ziyan vurduğunu hesablayıblar. Almaniyanın Baden-Vürtemberq və Bavariya əyalətlərində daşqınlardan sonra təmizlik və təmir işləri davam edir. Ən azı 5 nəfərin həyatını itirdiyi daşqınların sığorta şirkətlərinə dəyən zərərin 2 milyard avroya çata biləcəyi təxmin edilir.Cənub ştatlarını vuran daşqın Almaniyada son bir neçə ayda üçüncü və ən şiddətli daşqın olub.Alman Sığorta Assosiasiyasının (GDV) direktoru Yorq Asmussen araşdırmaların hələ bitmədiyini, lakin ilk təxminlərə görə 2 milyard avroluq zərərin olduğunu bildirib. Bu rəqəm əvvəlki illərdəki itkilərdən azdır.2021-ci ilin iyul ayında baş verən daşqınlar sığorta şirkətlərinin xəzinəsindən 9 milyard avronun çıxmasına səbəb olub.GDV-nin hesablaması yalnız sığortalanmış zərərləri əhatə edir. Bavariyada şəxsi mülklərin daşqınlara qarşı sığortası cəmi 47 faizdir, Baden-Vürtemberqdə isə bu nisbət 94 faizdir.Zərərin faktiki həcmi daha yüksəkdir, çünki bir çox insanın daşqın riskindən sığortası yoxdur. Məsələn, 2021-ci ilin iyulunda baş verən daşqınlar faktiki olaraq 33 milyard avro itkiyə səbəb olub. Bu, sığortalanmış zərərdən təxminən 4 dəfə böyük məbləğdir.Bundan əlavə, daşqınlarda zədələnmiş yollar və körpülər kimi ictimai infrastruktur investisiyaları ümumiyyətlə sığortalanmır.Həddindən artıq yağan yağış təsərrüfatlara və müəssisələrə də ziyan vurub. Baden-Vürtemberqdə 95 min hektardan çox kənd təsərrüfatı sahəsi güclü yağışlar nəticəsində zərər görüb. Bavariyada sel builki məhsulun böyük hissəsini məhv edib. Taxıl, çuğundur, kartof və qarğıdalı, həmçinin məhsula hazır olan yay tərəvəzləri də su altında qalıb.Daşqınlardan sonra zərərin qiymətləndirilməsi və təmizləmə işlərinə başlansa da, meteorologiya daha çox yağışın olacağı barədə xəbərdarlıq edib.

Избранный
193
33
afn.az

10Источники