09.06.2024-cü il tarixində saat 12:40 radələrində Ələt-Astara magistral yolunun Lənkəran rayonu Boladi kəndindən keçən hissəsində baş vermiş ağır yol-nəqliyyat hadisəsi ilə baglı Lənkəran rayon Mərkəzi Xəstəxanası açiqlama verib.
Bizim.Media xəbər verir ki, hadisə nəticəsində 5 nəfər (kişi cinsli), 1 nəfər (qadın cinsli), 1 nəfər (uşaq) "qapalı kəllə-beyin travması, çənə sümüyünün sınığı, sol kürək sümüyünün sınığı, alnın sıyrılmış yarası, üz nayihəsinin sıyrıntısı, sol əlin küt travması, dəqiqləşdirilməmiş koma" diaqnozları ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
MÖVZU İLƏ BAĞLI:
Lənkəran qəzasının DETALLARI açıqlandı - FOTO
Yaralılara zəruri ilkin tibbi xidmətlər göstərilib. Azyaşlı və 1 nəfər (qadın cinsli) vəziyyətə uyğun olaraq Reanimasiya şöbəsinə yerləşdirilib, digərlərinin müalicəsi Təcili yardım şöbəsində davam etdirilir.
Qeyd edək ki, hadisə nəticəsində 1 nəfərin həkiməqədər ölüm faktı təsdiqlənib.
Sabutay, Bizim.Media, Cənub bürosu