Moskvanın şimalında - Başilovskaya küçəsi, ev 2, bina 3 ünvanında 200 kv.m sahədə avtosalonda yanğın baş verib.
“İki sahil” xəbər verir ki, bu barədə TASS-a təcili yardım xidmətləri məlumat verib.
Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin Moskva üzrə Baş İdarəsinin mətbuat xidməti TASS-a yanğın faktını təsdiqləyib və qeyd edib ki, bu barədə məlumat operativ növbətçiliyə saat 05:43-də daxil olub. Ölən və yaralananlar barədə məlumat yoxdur.
Məhərrəm Ağalaroğlu, “İki sahil”