İngiltərənin Milli Sağlamlıq Xidməti (NHS) qan donorluğu üçün təcili çağırış edib.
Bakıvaxtı.az xəbər verir ki, Britaniya xəstəxanalarına edilən kiberhücum bütün ölkəyə böyük təsir göstərib.
NHS-dən bildirilib ki, səhiyyə xidmətlərində bütün təcili olmayan qan testləri təxirə salınıb, bəzi təcili olmayan əməliyyatlar və prosedurlar, o cümlədən qan köçürülmələri təxirə salınmağa davam edir.
Günel Abbas