"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo ötən gün klubda baş tutan prezident seçkilərinə reaksiya verib.
Publika.az xəbər verir ki, portuqaliyalı mütəxəssis seçkilərin nəticələri açıqlandıqdan sonra qalib olan Ali Koçun digər namizəd və sabiq rəhbər Aziz Yıldırım ilə kürsüyə çıxmasına biganə qalmayıb. Onların fotosunu paylaşan Mourinyo bu sözləri yazıb:
"Fənərbağça" budur. "Fənərbağça" sevgi cümhuriyyətidir. Sevgi və şəvqət olmadan uğurlu olmaq mümkün deyil. Köklərimizə geri dönək".
Qeyd edək ki, Mourinyo iyunun 2-də İstanbul klubunun baş məşqçisi təyin edilib. Onunla 2 illik müqavilə imzalanııb.