Bakı. Trend:
İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan RespublikasınınMinatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlarbarədə həftəlik məlumat (03.06.2024 - 09.06.2024) açıqlanıb.
ANAMA-dan Trend-ə verilənməlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı,Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 88piyada əleyhinə mina, 47 tank əleyhinə mina, 615 Partlamamış HərbiSursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 1 362,3 hektar ərazi mina və PHS-lərdəntəmizlənib.
Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, MüdafiəNazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidmətihəyata keçirib.