RU

BMTM sədri: Ermənistan Konstitusiyasındakı ərazi iddiaları sülhə əngəldir

Hazırda Azərbaycan və Ermənistan arasında sülhə mane olan əsas məsələ Ermənistan konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları var. 1998-ci il noyabrın 19-da Böyük Britaniya parlamenti Şimali İrlandiya aktını qəbul etdi. Həmin qanuna əsasən 1920 ci il İrlandiya hökuməti haqqında və 1973-cü il Şimali İrlandiya Konstitisiyası haqqında qanunlar ləğv olundu və Britaniya ilə İrlandiya Respublikası arasında 1998- ci il aprelin 10-da əldə edilmiş Belfast razılaşmasına əsasən yeni qaydaları müəyyən etdi. Şimali İrlandiyanın Konstitusiyasının 2 və 3 maddələri çıxarıldı. İrlandiya Respublikasının Konstitusiyasından Şimali İrlandiyaya ərazi iddialarını nəzərdə tutan maddələrin çıxarılması təsbit olundu. Hazırda Azərbaycan Ermənistan Konstitusiyasından ona və Türkiyəyə qarşı ərazi iddialarını aradan qaldırmağı tələb edir. 

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri, Fərid Şəfiyev "Sherg.az"a açıqlamasında bildirib ki, konstitusiyada başqa dövlətə qarşı ərazi iddiaları olduğu üçün onun dəyişdirilməsi dünya təcrübəsində var:

"1998-ci ildə İrlandiya Respublikasının Konstitusiyasından Şimali İrlandiyaya ərazi iddialarını nəzərdə tutan maddələrin çıxarılıb. Biz bu səbəbdən Azərbaycan və Ermənistan arasında sülhə mane olan Ermənistan konstitusiyasındakı ərazi iddialarını Avropa təcrübəsindən istifadə edərək dəyişdirilməsini istəyirik. Ermənilər bizi bu məsələdə konstitusiyaya müdaxilədə mühakimə etsələr də bu yanlışdır. Çünki Konstitusiya bir ölkənin imzaladığı bütün beynəlxalq sənədlərdən üstündür. Əgər Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı məqamlar dəyişdirilməsə, tərəflər arasında sülh sazişi imzalansa belə orada konstitusiya zidd məqamlar olarsa, saziş qüvvədən düşmüş hesab olunur. Əgər Ermənistan konstitusiyası dəyişikliyinə gedərsə, tərəflər sülhə daha da yaxınlaşmış olacaq".

Siyasi şərhçi Tural İsmayılov "Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycanla Ermənistan arasında normal dövlətlərarası münasibətlərin əldə edilməsi üçün Ermənistan Azərbaycana olan ərazi iddialarından əl çəkməlidir:

"Lakin Ermənistan bu məsələdə ciddi addımlar atmır. İrlandiya Respublikasının Konstitusiyasından Şimali İrlandiyaya ərazi iddialarını nəzərdə tutan maddələrin çıxarılması ilə regionda sülhə nail olunub. Bunun bir oxşayır Cənubi Qafqazda da ola bilər. Hesab edirəm ki, İrlandiya modeli də onu göstərir ki, qonşu ölkələr aralarında normal münasibətlər təsis etmək istəyirsə, öz konstitusiyalarına, dövlət aktlarına düzəlişlər etməli və bu düzəlişlər əsasında münasibətlərini davam etdirməlidir".
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
53
sherg.az

1Источники