RU

Azərbaycan millisinin voleybolçusu karyerasını başa vurub

Azərbaycan

Bakı, 10 iyun, AZƏRTAC

Voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisinin üzvü Odina Əliyeva karyerasını bitirib.

Bu barədə AZƏRTAC-a 33 yaşlı hücumçu özü məlumat verib. Təcrübəli oyunçu zədə səbəbindən bu qərarı verdiyini açıqlayıb.

O, son olaraq “Abşeron” komandasında çıxış edib.

Qeyd edək ki, Odina Əliyeva karyerası ərzində “Azərreyl”, “Azəryol”, “Il Bisonte Firenze”, “Real Mutua Fenera Çieri” (hər ikisi İtaliya), “Seramiksan” (Türkiyə), “Cakarta Elektrik”, “Cakarta Pertamina Energi” (hər ikisi İndoneziya), “Sesi” (Braziliya), “Çoko Muço Flayinq Titans” (Filippin), “Şenzen Zonqsai” (Çin), “Atletes Unlimited” (ABŞ) və "Binh Dyen Lonq An" (Vyetnam) komandalarında çıxış edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
136
4
azertag.az

6Источники