Məsələyə münasibət bildirən təhsil eksperti Elçin Əfəndi Demokrat.az-a açıqlamasında bildirib ki, bəzi şəxslər müəyyən dərs saatlarının müqabilində təhsil müəssisələrində çalışırlar, çünki ailədə işləyən yeganə şəxs onlardır, ailənin başqa gəlir mənbəyi yoxdur:
“Təbii ki, bu amilləri nəzərə alaraq Elm və Təhsil Nazirliyi tərəfindən humanist qərarlar qəbul olunur. Belə şəxsləri ən azından texniki istiqamətdə müəyyən işlərə cəlb etmək mümkündür, onların bilik və bacarıqlarından istifadə etmək olar. Ona görə də bu cür güzəştlərin edilməsi düzgün hesab oluna bilər. Lakin bu, bütün müəllimlərə şamil olunmamalıdır. Sertifikasiyadan kəsilən şəxsləri təkrar təhsilə qaytarmaq yolverilməzdir. Təhsilverənlər özləri də bilməlidirlər ki, bu proses onların xeyrinədir. İmtahana yaxşı hazırlaşıb uğurlu nəticə qazanmaqla əməkhaqlarını minimum 10, maksimum 35 faiz məbləğində artıra bilərlər”.
Törə Zeynallı
Demokrat.az