RU

İlon Mask şirkətlərində "Apple" cihazlarından istifadəni qadağan edə bilər

Müəllif: Tamara Mustafayeva, Banco.az

İlon Maskın “Apple” cihazlarından istifadəni qadağan etmək planı var.

Banco.az xəbər verir ki, İlon Mask özünün “X” sosial media hesabında “Apple”ın WWDC tərtibatçı tədbirində elan edilən ChatGPT-nin yaradıcısı “OpenAI” ilə əməkdaşlıq haqqında yazıb.

“OpenAI”ni əməliyyat sistemi səviyyəsində inteqrasiya etdikləri təqdirdə “Apple” cihazlarından istifadənin şirkətlərində qadağan ediləcəyini dilə gətirən Mask, "Bu, qəbuledilməz təhlükəsizlik pozuntusudur", deyə bildirib.

O, şirkətə ziyarət məqsədilə gələnlərin də “Apple” cihazlarını qapıda təhvil verməli olacaqlarını ifadə edərək cihazların Faraday qəfəsində saxlanacağını qeyd edib.

Məlumat üçün qeyd edək ki, Faraday qəfəsi mobil siqnallar da daxil olmaqla, bütün rəqəmsal siqnalların daxil olmasının və ya çıxmasının qarşını alan bir qalxan və ya qapaqdır və alim Maykl Faraday tərəfindən icad edilmişdir.

Ən sərfəli kredit üçün müraciət et

Избранный
237
banco.az

1Источники