RU

“Rusiya ilə tərəfdaşlığa görə Belarus da sanksiyaların təsirinə düşə bilər“ - Politoloq

"Rusiya ilə tərəfdaşlıq səbəbindən Belarusun da sanksiyaların təsiri altına düşmək ehtimalı var".

Politoloq Əli Mustafa bunu News365.az-a açıqlamasında deyib.

"Biz görürük ki, Rusiya Belarusiyanın ərazisində nüvə silahlarını, yerləşdirir, bəzən müəyyən ordu hissələrini orada cəmləyir. Bu baxımdan Belarusun gələcəkdə bir formada Rusiyaya qarşı olan güclərin tədbiq edəcəyi sanksiyaların təsir altına düşmək ehtimalı var. Hələlik ittifaq öz problemləri ilə məşğuldur, amma, yəqin ki, başları açılanda düşünəcəklər ki, Rusiya və yaxud da onun müttəfiqləri Belarusa qarşı nələrsə etsinlər. Yalnız Rusiya yenidən onların nüvə silahı ilə bağlı diqqətini cəlb edə bilər"- deyə vurğulayıb. 

Vəfa Vəliyeva, News365.az


Избранный
154
news365.az

1Источники