RU

"COP29 Azərbaycanda böyük uğurla keçiriləcək"

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) böyük uğurla keçiriləcək və Dubayda təşkil edilən COP28-in davamı olacaq.

Demokrat.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında BƏƏ-nin rəqabətqabiliyyətlilik və biliklərin mübadiləsi nazirinin müavini Abdulla Nasser Luta deyib.

“Əminik ki, bu, COP-un ən yaxşı tədbirlərindən biri olacaq. İlin ən yüksək əhvali-ruhiyyədə başa çatmasında Azərbaycana uğurlar arzulayırıq. Biz həmçinin 2025-ci ilin fevralında keçiriləcək Dünya Hökumət Sammitində Azərbaycandan olan nümayəndə heyətini qarşılamağı səbirsizliklə gözləyirik. Bu tədbirdə ölkəniz bütün dövlət sektorlarında ən yaxşı təcrübələrini təqdim edə biləcək”, - o bildirib.

Onun sözlərinə görə, Azərbaycan və BƏƏ nazirləri arasında təcrübə mübadiləsi üçün bugünkü forum iki ölkənin bilik, təcrübə və gələcəyə baxışlarını bölüşməkdən ötrü bir araya gəldiyi ilk belə tədbirdir:

“Proqram BƏƏ ilə Azərbaycan arasında 2023-cü ilin fevralında imzalanmış təcrübə mübadiləsi proqramının nəticələrindən biridir”.

Nazir müavini ölkəsinin Azərbaycanla bütün sahələrdə daha sıx tərəfdaşlığa ümid etdiyini qeyd edib.

Избранный
190
3
demokrat.az

4Источники