RU

Dələduzlar ən çox bu üsuldan istifadə edib bank kartlarından pul oğurlayır - VİDEO

Bəzi dələduzlar müəyyən üsullarla vətəndaşların bank kartlarındakı pulları mənimsəyir.

Avtosfer.az xəbər verir ki, bu barədə Avto FM-də yayımlanan “Kiberinfo” verilişində DİN-in Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev vətəndaşlara xəbərdarlıq edib.

O, bildirib ki, saxta xarici nömrələrdən və əsasən də “Whatsapp” vasitəsilə vətəndaşlara zənglər edilir: “Özünü bank əməkdaşı kimi təqdim edən şəxs vətəndaşın bank kartına müdaxilənin olduğunu bildirir. Belə olan halda vətəndaşın bank kartındakı pulların digər şəxslər tərəfindən mənimsənildiyini və bunun qarşısını almaq üçün bank kartının məlumatları tələb olunur. Şəxsə inanıb vətəndaş bank kartına aid olan məlumatları verir ki, bu prosesin qarşısını alsın. Nəticədə həmin şəxs bank kartındakı bütün pulları mənimsəyir və vətəndaşın da nömrəsini bloklayır”.

DİN bird aha vətəndaşları dələduzların ən çox istifadə etdiyi bu üsul  biri barədə maariflənmək və kibercinayətdən zərər görməmək üçün daim tədbiri olmağa çağırır.

Məhəbbət Tərlanoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
83
avtosfer.az

1Источники