RU

Dövlət Teatr Muzeyində insan hüquqlarına dair görüş təşkil edilib

Bakı, 11 iyun, AZƏRTAC

Ümummilli Lider Heydər Əliyev tərəfindən 1998-ci il 18 iyun tarixində “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiqinə və Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən 18 iyun - ölkəmizdə İnsan Hüquqları Günü kimi təsis edilib. Bu günün əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən hər il 18 may – 18 iyun tarixləri “İnsan Hüquqları Aylığı” elan edilir.

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi həmin Sərəncamı və Mədəniyyət Nazirliyinin göstərişini əldə rəhbər tutaraq iyunun 11-də Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin və Niyazinin ev-muzeyinin birgə təşkilatçılığı ilə mövzu ətrafında maarifləndirici görüş təşkil edib.

Qurumdan AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin əməkdaşı, əməyin texniki müfəttişi Çingiz İbrahimov insan hüquqlarının anlayışı, mahiyyəti, beynəlxalq hüquqda yeri, insan hüquq və azadlıqlarının müdafiəsi, təmin olunması və s. barədə geniş məruzə ilə çıxış edib.

Sonra tədbir çərçivəsində iştirakçıları maraqlandıran suallar ekspert tərəfindən ətraflı şəkildə cavablandırılıb.

Избранный
151
3
azertag.az

4Источники