RU

İnkişaf etmiş ölkələrdə iqtisadi artım sürəti azalıb – Dünya Bankı

Dünya Bankı (DB) 2024-cü ildə qlobal iqtisadi artımın 2,6 faiz olacağını, daha sonra 2025-2026-cı illərdə artımın 2,7 faizə qədər sürətlənəcəyini proqnozlaşdırır.

Musavat.com xəbər verir ki, bu barədə Bankın açıqladığı hesabatda məlumat yer alıb.

Bildirilir ki, bu, yanvardakı 2,4 faizlik gözləntidən yüksək olsa da, COVID-19 pandemiyasından əvvəlki on ildə qeydə alınan 3,1 faizlik orta göstəricidən xeyli aşağıdır.

Proqnoz 2024-2026-cı illəri nəzərdə tutur. Dünya Bankı bildirib ki, birlikdə dünya əhalisinin 80 faizindən çoxunu və qlobal ÜDM-ni təşkil edən ölkələr pandemiyadan əvvəlki onillikdən daha yavaş böyüməyə davam edəcək.

İqtisadiyyatı inkişaf etməkdə olan ölkələrdə 2024-2025-ci illərdə ÜDM-in orta illik artım tempi 4 faiz səviyyəsində gözlənilir ki, bu da ötənilki göstəricidən bir qədər aşağıdır. Aşağı gəlirli ölkələrdə artım 2023-cü ildəki 3,8 faizdən bu il 5 faizə qədər sürətlənəcək.

İnkişaf etmiş ölkələrdə iqtisadiyyatın 2024-cü ildə 1,5 faiz, gələn il isə 1,7 faiz artacağı proqnozlaşdırılır.

Hesabatda qeyd olunur ki, dünyanın ən kasıb ölkələrinin perspektivləri daha çox narahatlıq doğurur: "Onlar ağır borc xidməti yükləri, daralan ticarət imkanları və iqtisadiyyatları üçün baha başa gələn iqlim hadisələri ilə üzləşirlər. İnkişaf etməkdə olan ölkələr özəl investisiyaları stimullaşdırmaq, dövlət borclarını azaltmaq, təhsil, səhiyyə və əsas infrastrukturu yaxşılaşdırmaq yollarını tapmalıdırlar".

Musavat.com

Избранный
193
1
musavat.com

2Источники