RU

Obrayenin bəyanatına Rusiyadan reaksiya: İrəvan bizi satdı

Bu, Ermənistanın əvvəlki hakimiyyəti dövründə, postsovet məkanında ən böyük Amerika səfirliyinin İrəvanda yaradıldığı zaman başlayan xəttin davamıdır. ABŞ-ın Ermənistandakı məqsədləri Cənubi Qafqazda möhkəmlənmək, Rusiyanı oradan sıxışdırıb çıxarmaq və regionu Amerikanın geosiyasi məqsədlərinə uyğun formatlaşdırmaqdır.

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı hərbi ekspert İqor Korotçenko İrəvan və Vaşinqton arasında strateji tərəfdaşlıq komissiyasının yaradılması haqqında bəyanatı şərh edərkən “Vestnik Kafkaza” nəşrinə açıqlamasında deyib.

O bildirib ki, strateji tərəfdaşlıq sazişinin imzalanması Vaşinqtonun regionda konsolidasiyası və eyni zamanda Rusiya-Ermənistan hərbi və müdafiə əməkdaşlığının məhdudlaşdırılmasında mühüm mərhələdir:

“Gələcəkdə bu, Ermənistanda Amerika hərbi bazalarının yaranmasına səbəb ola bilər. Söhbət ilk növbədə Erebunidə ABŞ Hərbi Hava Qüvvələri bazasının yaradılmasından və xüsusilə İrana, eləcə də Rusiyaya və regionun digər dövlətlərinə qarşı elektron casusluq aparmaq üçün ABŞ elektron kəşfiyyat mərkəzinin yerləşdirilməsindən gedir. Bu baxımdan, təbii ki, Ermənistan Amerika hakimiyyəti üçün qeyd-şərtsiz maraq kəsb edir. Lakin bundan əlavə, Vaşinqtonun vəzifələrindən biri postsovet məkanında dağıdıcı proseslərə başlamaqdır. Gələcəkdə onlar qeyri-sabitlik qurşağı yaratmağa çalışacaqlar ki, cənubda Rusiyaya qarşı ikinci cəbhə açsınlar”.

Politoloq diqqəti amerikalı diplomatların Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin dəstəklənməsinə dair bəyanatları ilə Vaşinqtonun regiondakı əsl məqsədləri arasındakı ziddiyyətə yönəldib:

“Birləşmiş Ştatlar tərəflərin Bakı ilə İrəvan arasında tamhüquqlu sülh müqaviləsi əldə etməsinə mane olmağa çalışır. Onlar həmçinin müxtəlif növ silahlar verməklə, Amerika hərbi məktəblərində və akademiyalarında erməni zabit və generalları öyrətməklə İrəvanın hərbi ambisiyalarını dəstəkləyirlər. Və münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə keçməsi ilə MKİ Ermənistan xarici kəşfiyyatının mühüm tərəfdaşına çevriləcək. Paralel olaraq, ABŞ Ermənistanla Rusiya arasında müttəfiqlik münasibətlərinin formatını tamamilə pozmağı və KTMT-dən çıxacağı təqdirdə İrəvana heç bir problem yaranmayacağına zəmanət altına almağı qarşılarına məqsəd qoyublar”.

Ekspertin sözlərinə görə, bu siyasi proqramda Ermənistanın “Axilles dabanı” iqtisadiyyat olaraq qalır:

“Çünki o, əsasən Rusiya ilə bağlıdır. Aİİ çərçivəsində ticarət-iqtisadi əlaqələr - xüsusilə antirusiya sanksiyaları fonunda – Ermənistana ÜDM artımında tamamilə fantastik göstəricilərə nail olmağa imkan verdi. Bu, təbii ki, Paşinyanın komandası üçün əngəl deyil, onların əsas vəzifəsi hakimiyyəti saxlamaqdır. Bu baxımdan, yeni strateji tərəfdaş kimi ABŞ-a güvənmək regionda gələcək geosiyasi və hərbi prosesləri böyük ölçüdə müəyyən edəcək amil olacaq”.

Qeyd edək ki, Ermənistan və ABŞ arasında Strateji Dialoqun yekun bəyanatında İrəvan və Vaşinqton arasında strateji tərəfdaşlıq komissiyası yaradılacağı bildirilib. Müvafiq bəyanatla ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini, hazırda İrəvanda səfərdə olan Ceyms Obrayen və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan çıxış ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
28
50
axar.az

10Источники