RU

Yeni dələduzluq metodu: Telefon alan şəxslər üçün ciddi təhlükə var

Son vaxtlar Azərbaycana xarici ölkədən gətirilən yeni telefonların qeydiyyata alınması ilə bağlı yeni dələduzluq forması meydana çıxıb. Belə ki, bəzi telefon satıcıları xaricdən gətirilən telefonların ucuz qiymətə IMEI qeydiyyatını aparırlar. Bu metodla da onlar başqa cihazların və yaxud hazırda aktiv olan başqasına məxsus smartfonların IMEI kodlarını yeni gələn cihazlara klonlayıb satırlar. Nəticədə belə telefonları alan şəxslər üçün ciddi təhlükə yaranır.
 
Xaricdən telefon gətirən şəxs və ya "fake" zəng edənlər köhnə mobil cihazlarının IMEI kodlarını bu yeni cihazlara ötürürlər. Bundan əlavə, işbazlar xarab telefonlardan istifadə etməklə yanaşı, onların hissələrini və İMEİ nömrəsini belə işlərdə istifadə edirlər.
 
Bu barədə danışan İKT üzrə ekspert Ramazan Seyidov bildirib ki, yeni alınan telefonun arxasında IMEI nömrəsi olan etiket olur. İlk iş bu etiketi çıxarıb cihazın qutusuna qoymaq olmalıdır. Bundan əlavə, cihazın qutusunu atmaq əvəzinə, hesabı və cihaza aid olan hər şeyi qutuda saxlamaq və təhlükəsiz yerə qoymaq məsləhətdir.
 
Ekspert qeyd edib ki, hətta işlənmiş telefon almağa hazırlaşsanız belə, faktura və qutunun telefonun ilk sahibində olmasına diqqət edin. Əks halda, çox güman ki, siz IMEI-nin klonlaşdırılması ilə qarşılaşmısınız və ya klonlanmış IMEI-li telefon almısınız.
 
Hər kəs "imei.az" saytına daxil olaraq telefonun arxasındakı "stiker"lə (imei stiker) onu yoxlaya bilər. Əgər telefon istifadəçisi telelefonun klonlaşdırılması ilə bağlı sms bildiriş alarsa, 30 gün müddətində telefon bloklancaq", - deyə R.Seyidov bildirib.
Избранный
370
moderator.az

1Источники