Amrerikalı milyarder "Tesla"nın rəhbəri İlon Mask gözlənilmədən “OpenAI” və onun rəhbəri Sem Altmana qarşı məhkəmə işini geri götürüb.
Redaktor.az “BBC”yə istinadən xəbər verir ki, bu barədə multimilyarderin vəkilləri tərəfindən təqdim edilən ərizədə heç bir səbəb olmadan bir neçə aydır davam edən məhkəmə işinə xitam verilməsi istənilib.
Bildirilir ki, Maskın ərizəsi məhkəməyə “ChatGPT” nin qurucusu haqqında məsələdən bir gün öncə daxil olub.
Qeyd olunur ki, “Tesla” sahibi bu ilin fevral ayında “OpenAI”a qarşı iddia qaldırıb.
Yusif SƏMƏDZADƏ