RU

Maaşlar 20 faiz artdı, amma əhalinin 90 faizi hiss etmədi

Yazını böyüt
Yazını kiçilt

Rusiyada rəsmi məlumatlara görə, maaşların 20 faiz artırılmasına baxmayaraq, vətəndaşların yalnız kiçik bir hissəsi maddi vəziyyətlərinin yaxşılaşdığını bildirir. Bu nəticə sorğunun nəticəsidir.

Hafta.az-ın yazdığına görə, FOM-un sorğusunda iştirak edən Rusiya vətəndaşlarının 11 faizi son bir ildə maliyyə vəziyyətlərinin yaxşılaşdığını bildirib.

Dövlət Statistika Xidmətinin (Rosstat) məlumatına görə, bir il ərzində ölkədə orta əmək haqqı 20,04 faiz artıb.

Sorğunun nəticələrinə görə, son bir ildə gəlirlərində artım olan vətəndaşların sayı cəmi 1 faiz artıb. Vətəndaşların 72 faizi maddi vəziyyətlərinin dəyişmədiyini, 16 faizi isə daha da pisləşdiyini bildirib.

Sorğu iştirakçılarının 11 faizi növbəti ildə maliyyə vəziyyətlərinin daha da pisləşəcəyini gözlədiklərini bildirib.

Fevralda Rusiyada orta rəsmi əməkhaqqı 78,4 min rubl olacağı bildirilib.

“Nezavisimaya Qəzeta”nın yazdığına görə, Rusiyada qazancların belə yüksək artım sürəti Ukrayna müharibəsi iştirakçılarının, müdafiə sektorunda çalışanların və bəzi özəl müəssisələrin yüksək maaş alması ilə izah olunur.

Hesabata görə, digər ölkələrin sakinləri ilə müqayisədə bu gün ruslar öz işlərindən və maaşlarından daha az razıdırlar. “Gallup” araşdırmasına görə, əhalinin yarısı (51 faiz) işindən müəyyən qədər razı, 22 faizi narazıdır. Rusiyada bu göstəricilər orta dünya səviyyəsindən aşağıdır, burada işçilərin demək olar ki, üçdə ikisi (65 faiz) öz işlərindən kifayət qədər razıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
64
hafta.az

1Источники