RU

Azərbaycan XİN-dən Fransaya ÇAĞIRIŞ

"Fransanın bəzi şəhərlərində aksiya iştirakçılarına qarşı polis zorakılığından və gözyaşardıcı qazdan istifadə edilməsindən narahatıq".

"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında edilən paylaşımda deyilir.

Bildirilir ki, dinc etirazçılara qarşı həddindən artıq gücdən istifadə edilməsi qəbuledilməzdir: “Fransa hökumətini təcili olaraq vəziyyətin deeskalasiya edilməsinə çağırırıq”.

Xatırladaq ki, Fransanın Paris, Lion, Renn və Bordo kimi şəhərlərində Avropa Parlamentinə keçirilən seçkilərdə qalib gələn ultra sağçı partiyalara qarşı etiraz aksiyası keçirilib. Aksiya iştirakçıları iyunun 30-da keçiriləcək yerli növbədənkənar parlament seçkilərində ultra sağçı qüvvələrin qələbəsinə mane olmağa dair çağırışlar ediblər.

Избранный
92
unikal.az

1Источники