RU

Ərdoğan-Özəl görüşündə maraqlı detal: Baxçalının həmin gün taxdığı üzüyün sirri...

Xəbər verdiyimiz kimi, ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ölkənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl arasında görüş keçirilib. Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının Ərdoğanın Özəl və Ayşə Atəşlə görüşəcəyi gün partiyasının qrup toplantısında taxdığı üzük böyük marağa səbəb olub. Baxçalının sosial media hesabında paylaşdığı fotoda üzükdəki “Allah mənə yetər” sözləri diqqət çəkib.

Publika.az xəbər verir ki, “Duvar” qəzetinin Ankara təmsilçisi Nərgiz Dəmirqaya bildirib ki, üzük TBMM-nin müxalifət lobbisində “Ərdoğana mesaj” kimi şərh edilsə də, “rəisə xəbərdarlıq” kimi dəyərləndirilib.

N.Dəmirqayanın MHP qaynaqlarından əldə etdiyi məlumata görə, üzükdəki “Allah mənə yetər” ifadəsi Qurani-Kərimin müxtəlif surələrində qeyd olunsa da, Baxçalının istinadı Ali İmran surəsinin 173-cü ayəsidir.

Ayədə deyilir: “Bəzi insanlar onlara: “İnsanlar sizə qarşı əsgər topladılar, onlardan qorxun!” dedilər və bu, onların imanını artırdı və “Allah bizə yetər! O, necə də gözəl vəkildir!” deyə cavab verdilər”.

Избранный
88
publika.az

1Источники