"Azərbaycanda müharibə veteranlarının təqaüdünü 80 manatdan 160 manata çatdırmaq üçün ayda 14,4 milyon manat əlavə vəsait tələb olunur ki, bu da böyük məbləğ deyil".
"Report" xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.
"Elə məsələlər var ki, vaxtında həll edilmədikdə bumeranq effekti yaradır. Bunlar daha əvvəl də səsləndirdiyim müharibə veteranlarının təqaüdünün və minimum əməkhaqqının artırılması məsələləridir. Hesab edirəm ki, veteranlar üçün 80 manatlıq təqaüdün artırılması ilə bağlı ilin 2-ci yarısında addımlar atılmalıdır. Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda 179 840 nəfər müharibə veteranı var. Onların təqaüdləri oktyabrdan artırılsa 45 milyon manat vəsait tələb olunacaq ki, bu da böyük deyil. Minimum əməkhaqqının isə gələn il yanvar ayında indeksasiya zamanı artırılmasını vacib hesab edirəm", - deyə o qeyd edib.