RU

Tatoyandan yeni təxribat

“Tavuş rayonunun Kirants (Günən) kəndinə gedən alternativ yol təhlükəsiz deyil. Kənd azərbaycanlıların nişangahındadır”. 

“Cebhe.info”-nun məlumatına görə, Ermənistanın keçmiş ombudsmanı Arman Tatoyan təqdim etdiyi hesabatda bu barədə iddia irəli sürüb. 

“Ermənistanın Tavuşda dövlət sərhədinin qondarma “delimitasiyası” nəticəsində Azərbaycan silahlı qüvvələri kəndlərin yaxınlığında peyda olur: bu, insanların təhlükəsizliyini və onların hüquqlarını kobud şəkildə pozur”,-deyə Tatoyan təxribatçı açıqlama verib. Arman Tatoyan delimitasiyadan sonra Əskiparadakı VII əsrə aid “Müqəddəs Tanrı Anası” kilsəsinin dövlət sərhədində, Azərbaycanın birbaşa nişangahına düşdüyünü iddia edir. Tatoyan bildirib ki, Günən kəndi ilə yanaşı, guya Azatamut, Kayan, Lələkənd (Vazaşen), Hönüt (Ayqeovit) kəndlərinə gedən yollar təhlükəsiz deyil və bu yaşayış məntəqləri təcrid olmaq təhlükəsi ilə üzləşib.

 “Ermənistan sakinlərinin mülki evləri Azərbaycanın nəzarətinə keçir”, - deyə Ermənistanın keçmiş ombudsmanı qeyd edib. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
145
cebheinfo.az

1Источники