RU

Külli miqdarda rüşvət alan bələdiyyə sədrinin məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə Cinayət Məvəlləsinin 311.3-cü (rüşvət alma), 312-1 (rüşvətə vasitəçilik), 178.2 (xeyli miqdarda dələduzluq etmə) və 320-ci (rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə təqsirləndirilən Yeni Suraxanı bələdiyyəsinin sədri işləmiş Fikrət Quliyevin məhkəmə prosesinin ilkin baxış iclası keçirilib.

"Unikal"ın məlumatına görə, dövlət ittihamçısı ittiham aktını elan edib. Məlum olub ki, Fikrət Quliyev Natiq Şiriyevdən Yeni Suraxanı bələdiyyəsinin inzibati binasında 2 dəfəyə 20 min manat pul alıb və ona torpaq üzərində ev tikintisi üçün sərəncam alacağına söz verib. Nəsrəddin Paşayevdən də oxşar fakt üzrə 10 min manat pul alıb. Nəsirov Zöhrab Elxan oğluna məxsus torpağ sahəsində fərdi yaşayış evinin tikilməsinə icazə üçün 7 min 500 manat pulu bələdiyyənin inzibati binasında alıb. Həmçinin keçmiş bələdiyyə sədrinin imzasını saxtalaşdırıb müxtəlif torpaq sahələrini bir neçə vətəndaşa satıb. 

Təqsirləndirilən Fikrət Quliyev çıxış edərək  özünu 311-ci maddə ilə təqsirli bilmədi, ancaq 312-ci və 178.2-ci maddəsi ilə təqsirli bildi. 

Məhkəmə prosesi 17 iyul tarixinə kimi təxirə salındı.

Azər İsrafilov

Избранный
174
42
unikal.az

10Источники