Almaniya tezliklə Ukraynaya üçüncü Patriot sistemini, IRIS-T, Gepard qurğularını, raket və sursatları təhvil verəcək.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts deyib.
Qeyd edək ki, iyunun 11-də Zelenski müttəfiqlərdən hava hücumundan müdafiə sistemlərinin yeni tədarükünü gözlədiklərini açıqlayıb.
“Tərəfdaşlarımızdan Ukraynaya daha iki və ya üç hava hücumundan müdafiə sisteminin tədarükü ilə bağlı müsbət nəticələr gözləyirik” – deyən Zelenski hansı dövlətləri nəzərdə tutması ilə bağlı açıqlama verməyib.