RU

Azərbaycanın I rübdə cari əməliyyatlar balansının profisiti 2 milyard dollara yaxın olub

Bu ilin I rübündə Azərbaycanın cari əməliyyatlar balansında (CƏB) 1 milyard 729,8 milyon ABŞ dolları profisit yaranıb.

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında keçirilən brifinqdə qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.

Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 48,8 % azdır.

Rüblük profisit xarici ticarət balansındakı 2 milyard 669,4 milyon dollarlıq profisit (1 il əvvələ nisbətən 43,45 % az), xidmətlər balansındakı 552,1 milyon dollarlıq kəsir (19,6 % az), ilkin gəlirlər balansındakı 566,4 milyon dollarlıq kəsir (40,75 % az) və təkrar gəlirlər balansındakı 178,9 milyon dollarlıq profisit (40 % az) hesabına formalaşıb.

Son 1 ildə neft-qaz sektoru üzrə CƏB-in profisiti əvvəlki ilə nisbətən 28,2 % azalaraq 3,6 milyard ABŞ dollarına düşüb, qeyri-neft sektoru üzrə CƏB-in kəsiri isə 12,8 % artaraq 1,9 milyard ABŞ dollarına çatıb.

Избранный
105
2
report.az

1Источники