RU

Paşinyana sui-qəsd ehtimalı fonunda Təhlükəsizlik Xidmətinin xəbərdarlığı yayılıb

Hurriyyet.az xəbər verir ki, Ermənistanın Milli Təhlükəsizlik Xidməti  Baş nazir Nikol Paşinyana qarşı terror aktı ehtimalı fonunda bəyanat verib.

MTX aprelin 4-dən bəri fəaliyyətə başlamış "Vətən naminə Tavuş" hərəkatının tərəfdarlarını qanuna riayət eləməyə və asayişi pozmamağa çağırıb.

Təhlükəsizlik Xidmətinin açıqlamasında deyilir: “Milli Təhlükəsizlik Xidmətinin konstitusiya quruluşunu istənilən hücumlardan qorumaq missiyasını nəzərə alaraq təsdiq edirik ki, istənilən qanunsuz davranış qanunla nəzərdə tutulmuş bütün vasitələrdən istifadə edilməklə zərərsizləşdiriləcək”.

Qeyd edək ki, ölkənin Xarici İşlər Nazirliyinin nəzarətində olan erməni ictimai səhifələrində etirazçıların lideri arxiyepiskop Baqrat Srbazanın Baş nazir Nikol Paşinyan parlament binasında olarkən    silahlı izdihamla oraya hücum etmək planı barədə məlumat yayılıb.

Hürr Tərcüman

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
82
hurriyyet.az

1Источники