İyunun 13-də Bakıda və Abşeronda bəzi yerlərdə yağıntı ola bilər. Şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə müsbət 20 +24, gündüz müsbət 29 + 34 dərəcə olacaq.
Ölkənin rayonları üzrə dağlıq rayonlarda gündüz yağıntı gözlənilir. Bəzi yerlərdə intensiv olacaq və bu da dağ çaylarında selə səbəb olacaq.
Gecə və səhər duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Aran rayonlarında havanın temperaturu gecə müsbət 18 +23, gündüz müsbət 30 + 35, dağlarda gecə müsbət 10+15, gündüz müsbət 15+20 dərəcə olacaq.