RU

Neftçalada 17 yaşlı qız zorla ərə verilir? – AÇIQLAMA

Neftçala rayonunda 17 yaşlı qız zorla ərə verilir.

Bu barədə məlumatı "Cebhe.info"-ya Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə bildirib.

Onun sözlərinə görə, 2007-ci il təvəllüdlü qızı özündən 10 yaş böyük olan biri ilə evlənməyə məcbur ediblər:

"Mən bu məlumatı bir müddətdir, izləyirdim, toyun baş verəcəyi tarixin dəqiqləşməyini gözləyirdim. 22 iyunda bu toyun baş tutması reallaşırdı, lakin qarşısını aldıq. Nəticə olaraq, mən bu gün Neftçalada məktəbdə həmin qızla görüşdüm.

Eyni zamanda Neftçala rayon İcra hakimiyyəti nümayəndələrinin iştirakı ilə qızın ata və anası hüquq-mühafizə orqanlarına dəvət olunub. Onların da izahatı alınıb.

Düşünürük ki, qızın reabilitasiyasına böyük ehtiyac var".

Избранный
105
cebheinfo.az

1Источники