RU

“Bayern”də Mbappenin “Real”a keçidini tənqid etdilər

“Bayern”in idman direktoru Maks Eberl fransalı ulduz hücumçu Kilian Mbappenin PSJ-dən “Real”a keçidini tənqid edib.

Arena.az “Suddeutsche Zeitung” dərgisinə istinadən, alman mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Sən həmişə pula həris adam ola bilərsən, amma pula həris olan hər kəs get-gedə futbolun tabutuna mıx olacaq. Əgər nə vaxtsa bütün pullar bazardan çıxsa, onda ticarətlə məşğul olmaq üçün heç bir şey olmayacaq. Söhbət yüz milyonlardan gedir. Bu həddən artıq çoxdur və bir anda hər şeyin partlamaq üzrə olduğu hiss edilir.

Nə vaxtsa həddindən artıq doyumluluq olacaq və Səudiyyə Ərəbistanı meydana çıxacaq. Bu, mənə müsbət təsir göstərmir. Ədalət naminə etiraf etməliyəm ki, indi bu, bazardır. Pullar gedir. Bundan heç bir klub faydalanmır. Futbolçular, ailələr, agentlər – hamı faydalanır, amma klublar yox. Əvvəllər klublar faydalanırdı. Pul tədavüldə qalırdı, amma indi getdikcə azalır”, deyə “Bayern” rəsmisi bildirib.

Xatırladaq ki, iyunun 3-də “Real” fransalı ulduz hücumçu ilə 5 illik – müddəti 2029-cu ilin yayına qədər qüvvədə olacaq müqavilə imzaladığını bəyan edib.

Избранный
236
arena.az

1Источники