RU

Polis Neftçalada erkən nikahın qarşısını aldı...

Image

Neftçalada planlaşdırılan erkən nikahın qarşısı alınıb. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib ki, faktla bağlı Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bütün tədbirlər icra olunub.

Polis əməkdaşları oğlan və qızın valideynləri ilə izahedici söhbətlər aparıblar və qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb.

Araşdırmalar zamanı qızın 17 yaşının tamam olması məlum olub. Valideynləri isə övladlarının yalnız 18 yaşı tamam olduqdan sonra oğlan toyunun keçiriləcəyi bildiriblər.





Избранный
95
10
baki-xeber.com

10Источники