RU

CMF Phone 1-in konstruksiyasının maraqlı özəlliyi sərgilənib

     Nothing şirkətinin CMF adlı subbrendi özünün təqdimata hazırlaşan ilk smartfonu barəsində tizer materialları bölüşməyə davam edir. Söhbət, CMF Phone 1-dən gedir. Bu dəfə CMF sosial şəbəkələrdəki hesablarında sözügedən smartfonla bağlı videonu bölüşüb. Təqdim edilmiş videoda da görmək olar ki, CMF Phone 1-in gövdəsində dairəvi formalı hərəkətli düymə yerləşəcək. Bu düymə smartfon gövdəsinin aşağı hissəsində yerləşməlidir. Lakin onun nə üçün nəzərdə tutulduğu hələ məlum deyil. Qeyd etmək lazımdır ki, daha öncəki məlumat sızıntılarına əsasən CMF Phone 1 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.7 düym ölçülü OLED ekranla təchiz olunacaq və MediaTek Dimensity 7200 prosessoru vasitəsilə çalışacaq. Üstəlik smartfonun özündə 50 MP + 50 MP ikili arxa kamera ilə 33 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı birləşdirəcəyi gözlənilir. CMF Phone 1 yaxın zamanda təqdim olunmalıdır.View post on X

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
62
technote.az

1Источники