RU

"Sabah"ın futbolçusuyam, hansısa klubla danışmağım düzgün olmaz"

Azərbaycanın U-21 milli komandas yoxlama oyununda Bolqarıstan seçməsi ilə 0:0 hesablı heç-heçə edib.

Yığmamızın müdafiəçisi Abdulla Rzayev matçdan sonra Sportal.az saytına açıqlama verib. 21 yaşlı sağ cinah müdafiəçisi toplanışı və oyunu dəyərləndirib:

"Yaxşı təlim-məşq toplanışı keçdik. Üç gün fasilə ilə iki matç keçirdik. Slovakiya ilə səfərdəki oyun çox ağır keçdi. Rəqib güclü idi. Çox güc itirdik. Bolqarıstanla Bakıdakı görüşə yaxşı hazırlaşırdıq. Qələbə qazanmaq istəyirdik. Təəssüf ki, alınmadı. Bundan sonra da əlimizdən gələni edəcəyik. Səhvlərimiz çoxdur. Bunların üzərində işləyəcəyik".

Abdulla Rzayev son matçlarda meydanda az olmaısnın səbəbləri haqda danışıb. O, bildirib ki, Slovakiya ilə oyunda zədələndiyi üçün əvəzlənib:

"İlk oyunda ayağımdan zədə aldığım üçün 87-ci dəqiqədə əvəzləndim. Samir Əliyev sağ olsun Bolqarıstanla qarşılaşma da şans verdi. Əvəzlənməyim Samir müəllimin qərarıdır. Oynamayan futbolçularu oynatdı".

Son mövsümü icarə əsasında "Araz-Naxçıvan"da keçirən gənc müdafiəçi gələcəyi haqda fikirlərini bölüşüb. Rzayev təkliflərlə maraqlanmadığını bildirib:

"Müqavilə ilə "Sabah"a məxsusam. "Araz-Naxçıvan"la icarə müddəti başa çatdı. Artıq "Sabah"ın düşərgəsinə qayıtdım. Adım bəzi klublarla hallanır. Amma hələ ki, mən heç bir şeyə qarışmıram, menecerim var. "Sabah"ın futbolçusuyam, hansısa klubla danışmağım düzgün olmaz".

Elçin Əlixan

Избранный
242
sportal.az

1Источники