RU

Yardımcı Türkiyə futbolu ilə bağlı hədəflərindən danışdı

İyulun 18-də Türkiyə Futbol Federasiyasında (TFF) növbəti prezident seçkisi keçiriləcək.

"Football-plus.az" xəbər verir ki, namizədliyini açıqlayan UEFA-nın İcraiyyə Komitəsinin üzvü Sərvət Yardımcının indiki başqan Mehmet Büyükekşinin əsas rəqibi olacağı gözlənilir. Hərçənd Büyükekşi hələ namizədliyini rəsmi şəkildə açıqlamayıb. 66 yaşlı Yardımcı dünən namizədliyi ilə bağlı tanıtım toplantısı keçirərək hədəfləri barədə danışıb. Qeyd edək ki, Yardımcı 2008-22-ci illərdə federasiyada 5 fərqli prezidentin dönəmində müxtəlif vəzifələri icra edib. 2017-dən bəri isə UEFA İK-nın üzvüdü. Sözü verək Yardımcıya:
“Təəssüf ki, futbol ictimaiyyəti hadisələrin axarından məmnun olmadığı üçün TFF-nin idarə heyəti növbədənkənar seçkinin keçirilməsinə qərar verdi. İnanıram ki, iyulun 18-də Türkiyə futbolunda tam yeni bir səhifə açılacaq. Dünya və Avropada mövcud olan sistemlər ölkəmizdə də həyata keçirilməyə başlanacaq. Həmin gün seçkidə dəyişiklik üçün səs verən hər bir fərd yeni bir yüksəlişin başlanğıcına imza atmış olacaq. Futbolumuzda problemlər artıq xroniki hal almağa başlayıb. Onlar həll olunmaq əvəzinə sıxışıb bir yerdə qalıb. Futbol kimi dünyanın ən sevilən və populyar idman növində, əlbəttə, problemlər də olacaq. Amma onları yoluna qoymaq bacarıq tələb edir. FİFA və UEFA bu baxımdan böyük təcrübəyə sahibdi. Biz dünyada və Avropada futbolun problemlərini necə həll ediriksə, iyulun 18-dən sonra öz işində peşəkar olan köməkçilərimlə birlikdə artıq Türkiyədə də bu cür həll etməyə başlayacağıq. Bir çox klublarımızın maddi cəhətdən çətin durumda olması heç kimə sirr deyil. Türkiyə futbolunda güvən tam ortadan itib. Futbolda həyəcan nə qədər yüksək olursa, maddiyyat da bir o qədər yüksək olur. İnamsızlığı yaradan məqamların başında Hakimlər Komitəsinin daxilindəki ana problemlər gəlir. İdarə heyəti, təyinatlar, hakim-inspektorlar, status və təlimatlar - bunlar hamısı dəyişməlidi. Ancaq bizim futbolda dəyişməli olan əsas şey kadrlar yox, baxış tərzidi. Elə etməliyik ki, bütün dünyada olduğu kimi, bizdə də futbol birləşdirici gücə malik olsun. İstanbulu finalların şəhərinə çevirmək ən önəmli hədəfimdi. Türkiyə artıq UEFA-nın ən güvəndiyi ölkələr sırasındadı. UEFA-nın elit səviyyədəki bütün turnirlərini Türkiyəyə qazandırmağı bacarmışıq. Amma iyulun 18-dən sonra qarşıya yeni hədəf qoyulacaq. Artıq dünya çempionatına da evsahibliyi etməyə çalışmalıyıq. Köməkçilərimlə qərar vermişik ki, yığma komandamız AÇ-də iştirak etdiyi müddətdə layihələrimizdən danışmayacağıq. İnşallah, iyulun 14-dəki finalda oynayıb qalib gələrik və biz də ondan sonra layihələrimizi açıqlayarıq. Yığmamızdan AÇ-də böyük sürpriz gözləyirəm. Mənim idarə heyətimdə olan şəxslər məxsus olduqları klubların rəsmi üzvlüyündən istefa verəcəklər. Tam şəffaf bir idarə heyəti quracağıq. Oyunu gözəlləşdirməli, futbol iqlimini dəyişməliyik. Anadolu klubları da mütləq yarışın içində yer almalıdı. Prezidentliyə namizədliyimi açıqlamağım həm UEFA, həm də FİFA tərəfindən sevinclə qarşılandı. Büyükekşinin namizəd olub-olmayacağını bilmirəm. Onunla danışmamışam. Legioner limiti onsuz da yeni mövsümdən dəyişəcək. Biz seçilsək, bu məsələyə daha sistemli şəkildə yanaşmağa çalışacağıq. Mən şəxsən yerli futbolçuların daha çox şans qazanmasını istəyirəm. Amma bu, bəzi klublarımız üçün asan olmayacaq. Türkiyə klublarının “maliyyə feyr-pleyi” ilə bağlı yaşadıqları problemi UEFA ilə yoluna qoymaq üçün çalışmalarımız davam edir. Çətinlikləri aradan qaldırarkən bunu heç kimlə dalaşmadan, ağıllı şəkildə etməyə çalışacağıq. Təbii ki, hər şey bir günün içində olmayacaq. Bizə zaman da verilməlidi. Amma futbol ictimaiyyəti səmimiliyimizi və dürüstlüyümüzü görəndən sonra bizə lazım olan zamanı verəcək. Türkiyə kubokunu daha maraqlı etmək üçün format dəyişməlidi”.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
117
football-plus.az

1Источники