Süd sümükləri gücləndirir və dişlərin, dırnaqların, eləcə də saçlarınız sağlamlığında mühüm rol oynayır. Bununla belə, yadda saxlamaq lazımdır ki, südün tərkibindəki kalsium yalnız D vitamini mövcud olduqda orqanizm tərəfindən mənimsənilə bilər. Buna görə də, içdiyiniz südün istehsalçı tərəfindən D vitamini ilə zənginləşdirildiyindən əmin olun. 4. Mədə yanmasının qarşısını alır Ədviyyatlı və acılı yeməkdən sonra bir stəkan süd içmək məsləhətdir. Tədqiqatlar göstərir ki, süd mədənin selikli qişasını və yemək borusunu örtərək sakitləşdirici təsir yaradır. 5. Dəriyə parlaqlıq verir Süd içmək dəriyə parlaqlıq qazandırır. Lüks həyat yaşayanlar həftədə bir dəfə südlə çimməyə üstünlük verirlər. Südün təmizləyici xüsusiyyətlərə malik olduğu və bir çox təbii nəmləndiricilər ehtiva etdiyi düşünülür. Üstəlik, süd dərinin rəngini də açır. 6. Saçları nəmləndirir Südün tərkibindəki təbii nəmləndiricilər saçlarınız üçün çox faydalıdır. Xüsusilə quru və solğun saçlara sahib olanlara kömək edə bilər. Süd saçları cavanlaşdırır və parlaqlıq qazandırır. Ekspertlər gündə bir dəfə süd içməyi vərdiş halına gətirmək istəyənlərə xəbərdarlıq edirlər. Bildirilir ki, bunu əsasən gecə yatmazdan öncə etməyə diqqət yetirmək lazımdır. Südün faydalarından tam yararlanmaq və səhərlər daha gümrah oyanmaq üçün yatmazdan yarım saat öncə süd içə bilərsiniz.
Saglamolun.Az