RU

Bundan sonra əmək kitabçalarına ehtiyac olmayacaq - Nazir müavini

Bundan sonra işə qəbul prosesində əmək kitabçaları təqdim olunmayacaq. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev deyib. 


"Əmək kitabçaları 2014-cü ilə qədər olan dövrü əhatə edir. Bundan sonrakı dövrdə əmək kitabçaları dövrüyədən çıxarılır. 2014-cü ildən sonra bu kitabçanı saxlamağa ehtiyac yoxdur. Artıq işə qəbul olunarkən əmək kitabçası təqdim olunmayacaq”, nazir müavini iyunun 13-də Milli Məclisin əmək və sosial siyasət komitəsində bildirib. 


Anar Əliyev söyləyib ki, əmək müqavilərinin elektron keçidi üçün vətəndaşalrdan heç bir ödəniş tələb olunmayacaq.
 
Gülnar Nazimqızı

www.anews.az
Избранный
155
anews.az

1Источники