2024-cü ilin mayında Heydər Əliyev Beynəlxalq Aeroportu 625 mindən çox sərnişin daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 36% çoxdur.
Bu barədə Aeroportun Mətbuat xidmətindən bildirilib.
Bir ayda Heydər Əliyev Beynəlxalq Aeorportu ilə sərnişin daşımanın sayı 55 minə yaxın artıb. Apreldə 570 minə yaxın sərnişin daşınıb
Mayda 14-ü aşağıbüdcəli (loukoster) olmaqla, 34 aviaşirkət 4905 uçuş həyata keçirib.
Hesabat dövründə Beynəlxalq marşrutlar üzrə sərnişin dövriyyəsinin 55%-i xarici aviaşirkətlərin, qalan hissəsi isə milli aviadaşıyıcının payına düşüb.
Mayda xarici aviaşirkətlər 314 mindən çox, "Azərbaycan Hava Yolları” isə 252 min sərnişin daşıyıb.
2023-cü ilin mayı ilə müqayisədə tranzit sərnişinlərin sayı 2 dəfədən çox artıb, 29,7 min nəfər olub.
2024-cü ilin yanvar-mayında Azərbaycandan hava nəqliyyatı ilə 1 milyon 192 min 751 nəfər sərnişin daşınıb, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 38,5 % çoxdur.
Apreldə Azərbaycana 258 min 176 sərnişin daşınıb ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 46.3% artım deməkdir.
Aygün
Apreldə Azərbaycana 258 min 176 sərnişin daşınıb ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 46.3% artım deməkdir.
Aygün
www.anews.az