RU

Murad Musayev “Qəbələ” dən ayrılacaq?

“Qəbələ” növbəti mövsüm üçün quracağı heyəti hələ açıqlamayıb.

Bilinən Urfan Abbasovla Ülvi İsgəndərovun rəsmi şəkildə “Araz-Naxçıvan”la anlaşmasıdı. Digər futbolçuların isə yola “qırmızı-qaralar”la davam edib-etməyəcəyi bəlli deyil. Belə ki, növbəti mövsümə çempionluq iddiası ilə başlamaq istəyən Kaxaber Sxadadze futbolçular arasında seçim edir.

İki həftə əvvəl Türkiyədə əməliyyat olunan Murad Musayevin də gələcəyi ilə bağlı informasiya verilməyib. 30 yaşlı müdafiəçinin 5-6 aydan sonra komanda ilə məşqlərə başlayacağı açıqlanmışdı. Bəs Musayev 1-ci liqada “Qəbələ”nin uğurları üçün mübarizə aparacaqmı? Futbolçu ilə əlaqə saxladıq:
“Hazırda zədəmin sağalmasını gözləyirəm. Bundan sonra qərar verəcəm. Məni istəyən klub olsa, oturub danışacam. Olmasa, yəqin ki, gözləyəcəm. Bildiyimə görə, Elmar müəllim çox müdafiəçiyə təklif göndərib, mənə isə yox. Sağlam olduğum müddətdə hansısa təklif gəlməyib. Zədəli olmamışdan əvvəl klub tərəfindən müqavilə ilə bağlı ayaqüstü söhbətimiz olub. İndi “müalicəni et, sonra danışarıq” dedilər”.


RÖYANƏ OĞUZ
Избранный
146
football-plus.az

1Источники