RU

Türkiyədə 3-cü yeni nəsil sualtı qayıq suya salınıb

“Murat-reis” dizel-elektrik sualtı qayığı Türkiyənin Gölcük gəmiqayırma zavodunda (STM müdafiə şirkətinə məxsusdur) suya salınıb.

Herbiand.az bildirir ki, bu, Türkiyə Hərbi Dəniz Qüvvələri üçün nəzərdə tutulmuş havadan müstəqil elektrik stansiyasına malik (VNEU) “Reis” sinfinin 3-cü sualtı qayığıdır.

“Reis” sinifli sualtı proqramı Türkiyə Hərbi Dəniz Qüvvələri üçün kritik əhəmiyyətə malikdir. Onlar VNEU-nun imkanlarından istifadə etməklə ölkənin sualtı donanmasının gücünü artırmalıdır. Türkiyə Hərbi Dəniz Qüvvələri hazırda 12 şərti mühərrikli sualtı qayıqdan istifadə edir: 4 “Ay” sinifli (Tip-209/1200), 4 “Preveze” sinifli (Tip-209T/1400) və 4 “Gur” sinifli (“Tip-209T2/1400”).

“Reis” sinifli sualtı qayıqlar 1850 ton yerdəyişmə ilə 68,35 metr uzunluğa çatır. VNEU-nun istifadəsi sayəsində sualtı qayıq 17 günə qədər səthə çıxmadan hərəkət edə biləcək. Sualtı sürət 20 düyünə qədər, səthdə isə 12 düyündür. 400 metrə qədər dərinliyə düşür, tutum 40 nəfərdən ibarətdir.

Bəxtiyar CƏFƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
71
herbiand.az

1Источники