RU

"Damon Project" gömrük qaydalarını pozdu

"Damon Project 2024" MMC-yə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, Gömrük Komitəsi MMC barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 482.1-ci (Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.

 

İş Səbail Rayon Məhkəməsinin hakimi Günel Səmədovanın icraatındadır.

 

Xəyal Quliyev

Tarix: 14 İyun 2024, 08:23   
Избранный
144
pravda.az

1Источники