“Küsülü olduğum həmkarlarımla bir verilişdə qalmaram”.
Qlobal.net axşam.az-a xəbər verir ki, bu sözləri müğənni Kərim Abbasov “Rəngarəng səhər” verilişində deyib.
İfaçı qalmaqal yaşadığı Xalq artisti Tünzalə Ağayeva və Niyam Salamidən danışıb.
“Heç vaxt... Nə Niyam, nə də Tünzalə ilə verilişə çıxaram. Onlar mənim apardığım toya gələ bilərlər. Amma bir verilişi bölüşə bilmərəm. Ona görə ki..." deyən ifaçının mikrofonunu bağlayıblar.
Kərim və Niyam dəfələrlə bir-birinin ünvanına təhqirlər səsləndiriblər.